2020-ci il Azərbaycan xalqının həyatında unudulmayan hadisələrlə yadda qalaraq tariximizin Şanlı səhifəsinə qəhrəmanlıq, qələbə, zəfər ili kimi yazıldı. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda gedən mübarizə müzəffər ordumuzun qələbəsilə başa çatdı, 30 illik düşmən əsarətinə son qoyuldu. Şəhidlərimizin qanı bahasına torpaqlarımız azad oldu.
4 dekabr ölkəmizdə II Qarabağ döyüşlərində həlak olmuş 2783 nəfər döyüşçünün Xatirə günüdür. Həmin gün bütün ölkə ərazisində saat 12.00-da Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Allah şəhidlərimizə rəhmət etsin!
27 sentyabr- 10 noyabr tarixli 44 günlük müharibədə Azərbaycanın bütün bölgələrindən olduğu kimi Hacıqabul rayonunun gəncləri də düşmənə qarşı döyüşərək böyük hünər göstərmişlər. Hacıqabul rayon Mərkəzi kitabxanasının İnformasiya-resurs şöbəsi Vətən müharibəsində həlak olmuş həmyerlilərimizə həsr olunmuş “Tanıyaq və tanıdaq”, “Hacıqabul şəhidləri”, “Vətən Sizinlə fəxr edir” adlı video çarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşmışdır.