Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
28 Fevral , 2020

28 fevral 2020-ci il tarixdə “2019-cu ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş” hesabat yığıncağı keçirilmişdir. İlk öncə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilmiş və önünə gül çiçək dəstələri qoyulmuşdur. Rayonda istehsal edilmiş kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgiyə, həmçinin rayonun sosial-iqtisadi göstəriciləri əks olunmuş tabloya baxış keçirilmişdir. 

Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndə və bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasi partiyaların sədrləri, ziyalıların və ictimaiyyətin digər nümayəndələri olmaqla ümumilikdə 320 nəfər iştirak etmişdir. 

Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzəsi dinlənilmiş sonra məruzə ətrafında çıxışlara başlanılmışdır. Sonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev çıxış edərək 2019-cu ildə görülən işləri müsbət qiymətləndirmiş və 2020-ci ildə də bu inkişaf tempini daha da sürətləndirməyi tövsiyə etmişdir. 2019-cu ildə rayonun sosial-iqtisadi həyatında fərqlənən və yüksək əmək nailiyyətləri əldə etmiş bir qrup şəxs İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır. 

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.