Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
21 Yanvar , 2020

Bakı. 1990-cı il. Yanvar ayının 19-dan 20-nə keçən gecə. Məhz həmin şənbə gecəsi Bakının küçələri al qana boyandı. Öz müstəqilliyi və azadlığı uğrunda meydanlara çıxıb haqqını tələb edən günahsız insanlar gülləbaran edildi, öldürüldü, işıqlı güllələrə tuş oldu. Heç kimə rəhm edilmədi.  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin gündən, həmin qanlı şənbə gecəsindən  30 il keçir. Artıq  30 ildir ki, xalqımız 20 Yanvarı milli matəm günü kimi qeyd edir. Həmin gün 20 Yanvar şəhidlərinin məzarları ziyarət olunur, onlar bir daha xatırlanır, bir daha yad edilr.  20 Yanvar faciəsinin 30 illiyilə  əlaqədar olaraq Hacıqabul  rayon Mərkəzi kitabxanasında  13 – 20 yanvar tarixləri “Mütaliə həftəsi” elan edilmiş, kitabxananın foyesində məktəbli oxucuların 20 Yanvar faciəsinə həsr olunmuş “Qırmızı qan”adlı  rəsm sərgisi açılmışdır.  Sərgidə Qanlı yanvar faciəsininin dəhşətlərini  özündə əks etdirilən şəkillər  kitabxanaya gələnlərin böyük marağına səbəb olmuşdur.  “Mütaliə həftəsi” günlərilə  əlaqədar kitabxanada "Od vurdu qəlbimə 20 Yanvar”" adlı kitab sərgisi təşkil edilmiş,  sərgidə Orxan Hacıyevin "Soyqırım cinayətinin beynəlxalq cinayət kimi inkişafı", Q. Kəngərlinin "Qanlı şənbəyə gedən yol", Ramiz Məmmədzadənin "O gecə", "Didərginlər" və digər əsərlər sərgilənmişdir. Eyni zamanda Mərkəzi kitabxananın təşkilatçılığ ilə  Fariz Cəbrayılov adına 2 saylı , Natiq Ağayev adına 4 saylı, Səxavət Rüstəmov adına 7 saylı tam orta məktəblərdə “Yanvar faciəsi unudulan deyil”, “O şənbə geçəsi, o qətl günü”, “20 yanvar xalqımızın şərəf və qəhrəmanlıq salnaməsidir” adlı sərgilər təşkil edilmiş, tədbirlər keçirilmişdir. Həmin tədbirlərdə kitabxananın əməkdaşları -  Nuriyeva Anaxanım, Mirzəyeva  Aytəkin, Ağaməmmədova  Aidə  20 Yanvar faciəsi haqqında, faciə qurbanları haqqında danışaraq bildirmişlər ki,  Azərbaycanın dövlət müstəqilliyinə gedən yol Qanlı Yanvardan keçir.  20 Yanvar şəhidləri  torpaqlarımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda əbədiyyətə qovuşdu, şəhidlik zirvəsinə ucaldı. Şəhidlər heç bir zaman ölmür, tarixə dönərək xalqın qəlbində yaşayırlar.