Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
17 Dekabr , 2019
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşlarla keçirdikləri görüşlər  davam edir.Bu görüşlərin davamı olaraq, 2019-cu ilin dekabr ayının 17-də Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Rafiq Bayramov tərəfindən Hacıqabul rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçirilmişdir.
Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülmüşdür.
Qəbulda vətəndaşların arzu və təklifləri dinlənilmiş, həmin təkliflərin həyata keçirilməsi nəzərə alınmışdır.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini Rafiq Bayramov Hacıqabul rayonunun Qubalı Baloğlan kəndi ərazisində yerləşən “Pir Hüseyn Xanəgahı” Tarix-Memarlıq Qoruğunda olmuş,burada olan problemlərlə yerində tanış olaraq, öz tapşırıq və tövsiyələrini vermişdir.