Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
10 Dekabr , 2019

12 dekabr görkəmli dövlət, siyasət, elm və mədəniyyət xadimi Heydər Əliyevin anım günüdür. Anım tədbiri ilə əlaqədar olaraq Hacıqabul rayon Mərkəzi kitabxanasında Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgi təşkil olunmuş, 9 dekabr tarixindən 14 dekabr tarixinə kimi “Mütaliə həftəsi”nin keçirilməsinə başlanılmış, şəhər Folklor klubunda “12 dekabr Ulu öndər Heydər Əliyevin anım günüdür” adlı dəyirmi masa keçirilmişdir. Dərin kədər və böyük qürur hissilə keçirilən tədbirdə Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Hacıqabul rayon MKS-nin direktoru Dövran Həsənov tədbiri açıq elan edərək Ulu öndərin mənalı və şanlı ömür yolundan bəhs edərək bildirmişdir ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuş, 1969-cu ildə Azərbaycan Kommunust Partiyası Mərkəzi Komitəsinin I katibi vəzifəsinə təyin olunmuşdur. Ulu öndər həmişə doğma vətəni, doğma torpağı, doğma xalqını dərin məhəbbətlə sevmiş, daim Azərbaycanın tərəqqisi üçün çalışmışdır. Azərbaycanın son 34 illik tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəki dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyevin rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycan böyük inkişaf yolu keçmişdir. O, böyük siyasət və dövlət xadimi kimi hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edir. Sonra Mərkəzi kitabxananın Xidmət şöbəsinin müdiri Aytəkin Mirzəyeva söz alaraq böyük insan, dahi şəxsiyyət olan Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycan dövləti və dövlətçiliyinin inkişafında misilsiz xidmətlərindən danışmış, xalqın yaddaşında tarixi şəxsiyyət olaraq əbədi yaşayacağını, ölkəmizə rəhbərlik etdiyi illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. Daha sonra Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Maya Mehdiyeva Heydər Əliyevin “Kitabxana işi haqqında” 1998-ci il 29 dekabr tarixli qanunu haqqında bəhs edərək bildirmişdir ki, bu qanun Azərbaycan dövlətçiliyi tarixində kitabxanalarımız haqqında qəbul edilmiş ilk və yeganə sənəddir. Sonra şıxış edən natiqlər də dünya şöhrətli lider, Ulu öndər Heydər Əliyev haqqında danışaraq qeyd etdilər ki, onun şərəfli həyat yolu hər bir azərbaycanlı üçün, xüsusilə gənclərimiz üşün əsil örnəkdir, həyat məktəbidir. Anım günü ilə əlaqədar Mərkəzi kitabxananın şəhər kitabxana filialları ilə yanaşı Rəncbər, Muğan, Ələtli, Şorbaçı, Talış, Qubalı, Qarasu kənd kitabxana filiallarında da silsilə tədbirlər keçirilmişdir. Müəllimlər, ictimaiyyət nümayəndələri, kənd sakinləri və məktəblilərin yaxından iştirak etdiryi bütün tədbirlərdə Ulu Öndərin əziz xatirəsi hörmətlə yad edilmişdir.