Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
20 Sentyabr , 2019

21 sentyabr bütün dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın  təşəbbüsü ilə hər il respublikamızda ənənəvi olaraq 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” çərçivəsində sülhü, demokratiyanı,  insan hüquqlarının müdafiəsini təbliğ edən tədbirlər keçirilir. “Sülh aylığı” çərçivəsində Hacıqabul rayon Mərkəzi kitabxanası və onun şəhər, qəsəbə və kənd kitabxana  filiallarında “Biz sülh istəyirik!, “Qoy həmişə günəş olsun”, “Mən sülhə səs verirəm”, “Arzumuz sülhdür” adlı maraqlı tədbirlər keçirilmiş, sərgilər təşkil olunmuş, ümumtəhsil məktəblərində, uşaq bağçalarında  şagirdlərlə görüşlər keçirilmişdir. Bu tədbirlərdə 21 sentyabr tarixinin bütün dünya ölkələrində “Beynəlxalq Sülh Günü ” kimi qeyd olunması haqqında məlumat verilmış və  qeyd edlmişdir ki, BMT-nın 1981-ci ildə təsis etdiyi bu tarixi gün hər il ölkəmizdə böyük sevinc hissilə qeyd edilir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarix boyu insanların ən böyük arzusu olmuşdur. Bizim ölkəmiz də müharibə şəraitində yaşayır. Lakin bütün sülhsevər bəşəriyyət kimi Azərbaycan xalqı həmişə sülhü müdafiə edir, hər yerdə sülhün bərqərar olmasını arzulayır. Arzumuz Sülhdür, arzumuz torpaqlarımızın sülh yolu ilə azad olmasıdır.19 sentyabr 2019-cu il tarixində “Sülh aylığı” çərçivəsində  təşkil olunan tədbirlərin sonu oalaraq Hacıqabul rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsi və  24 saylı şəhər kitabxana filialının birgə  təşkilatçılığ ilə “Açıq kitabxana” təşkil olunmuşdur. Tədbirdə idarə və təşkilat işçiləri, rayon ictmaiyyət nümayəndələri, məktəblilət iştirak etmişlər.