Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
4 Sentyabr , 2019

04. 09. 2016-cı il tarixində  Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində 21 avqust - 21 sentyabr Beynəlxalq Sülh aylığı çərçivəsində “Qoy həmişə Sülh olsun!” adlı sərgi təşkil olunmuş, tədbir keçirilmişdir.
Tədbirdə uşaqlara “Beynəlxalq Sülh aylığı” haqqında ətraflı məlumat verilmiş,  qeyd edilmişdir ki, 21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT-nın 1981-ci ildə təsis etdiyi bu tarixi gün hər il ölkəmizdə böyük sevinc hissilə qeyd edilir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin və hər cür zorakılığın dayandırılması arzusu bütün tarix boyu insanların ən böyük arzusu olmuşdur. Hazırda dünyanın bir cox ölkələrində müharibə davam edir. Bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Bu gün Sülh mövzusu bütün dünya uşaqları, eləcə də müharibə şəraitində yaşayan   Azərbaycan uşaqları üçün də böyük əhəmiyyət kəsb edir. Biz Sülh istəyirik. Sonra məktəblilər şeirlər söyləmiş, “Qoy həmişə Sülh olsun!” adlı sərgiyə baxış keçirilmişdir.