Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
9 Sentyabr , 2019
Kitabların insan həyatında rolu və əhımiyyəti böyükdür. Mütaliə hamı üçün vacibdir. O, insanların dünyagörüşünü artırır, mənəviyyatını zənginləşdirir. Alimlər sübut etmişlər ki, ardıcıl olaraq hər gün azı 1-2 saat kitab oxumaq insan ömrünü uzadır. Çünki mütaliə zamanı insanın diqqəti ancaq oxuduğu kitablarda, ordakı hadisələrdə cəmlənir, müvəqqəti də olsa real həyatdan uzaqlaşır. Bu isə insanın əsəbilərini sakitləşdirir, kitablardan aldığı zövq ona rahatlıq gətirir. 09. 09. 2019-cu il tarixində Hacıqabul rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi rayonun İdman və Gənclər İdarəsinin foyesində yeni kitablardan ibarət "Səyyar kitabxana" təşkil etmişdir. "Səyyar kitabxana"nın təşkili zamanı yeni kitablar, ümumiyyətlə kitabxananın fondunda olan ədəbiyyatlar haqqında sərgi iştirakçılarına məlumat verilmişdir. İki nəfər kitabxanaya üzv yazılmışdır.