Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
22 İyul , 2019
22 iyul 2019-cu il tarixində Hacıqabul rayon MKS-nin 19 saylı Qarasu kənd kitabxana filialı "22 iyul Azərbaycanda Milli Mətbuat günüdür" adlı sərgi təşkil etmiş,  tədbir keçirmişdir. Tədbirdə kitabxananın əməkdaşı Azadov Şamil Azərbaycan mətbuatının tarixi haqqında danışaraq bildirmişdir ki, bu il Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan Azərbaycan Milli Mətbuatının yaranmasının 144 ili tamam olur. Həsən bəy Zərdabi Azərbaycan mətbuatının banisidir. Məhz onun gərgin əməyinin, çalışqanlığının sayəsində 1875-ci ilin 22 iyul tarixində Bakıda ana dilində “Əkinçi” qəzetinin ilk nömrəsi çapdan cıxmış, qəzetin nəşri tez bir zamanda Qafqazda böyük əks-səda doğurmuşdu. Bir çox demokratik ölkələrdə olduğu kimi Azərbaycanda da Mətbuat şurası yaradılmış, "Mətbuat haqqında" qanun qəbul edilmişdir. Bu il "Əkinçi" qəzetinin ilk nəşrinin çapdan çıxmasının 144 ili tamam olur. 144 yaşın mübarək, Azərbaycan mətbuatı!!!