Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
3 İyul , 2019
03. 07. 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul rayonunun mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilmişdir. Seminarda rayonun mədəniyyət sahəsində çalışan əməkdaşları iştirak etmişdilər. Seminarda 6 ay ərzində mədəniyyət müəssisələrində görülmüş işlər müzakirə olunmuşdur. Sabirabad regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov çıxış edərək rayon mədəniyyət sahəsində görülən işlərdən danışmışdır, mədəniyyət işçilərinə növbəti 6 ay ərzində görüləcək işlər və tədbirlərlə bağlı müəyyən tapşırıqlar vermişdir. Hər bir müəssisə rəhbəri 6 ay ərzində görülmüş işlər haqqında məlumat vermişdirlər.