Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
13 İyun , 2019
26 il əvvəl Azərbaycan xalqının taleyini dəyişən, tariximizə yeni istiqamət verən möhtəşəm bir hadisə baş verdi. Əgər belə demək mümkündürsə xalqımız uçurumun bircə addımlığından qurtuldu. Müstəqillik yollarında ilk kövrək addımlarını atan dövlətimiz parçalanıb məhv olmaq, dünya xəritəsindən silinmək təhlükəsindən  məhz həmin gün qurtuldu. Bu tarix hamımıza yaxşı tanışdır: 15 iyun 1993-cü il...
Mənz həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Həmin gün eyni zamanda əsil xilas günü, xilas anı oldu.
Hacıqabul rayon MKS-nin 2 saylı şəhər kitabxana filialı Milli Qurtuluş gününün 26-cı ildönümü ilə əlaqədar olaraq sərgi və dəyirmi masa keçirmişdir.