Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
27 May , 2019

Hacıqabul rayon Mərkəzi kitabxanasının 2019-cu il üzrə illik tədbirlər planına əsasən rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarında  28 may - Respublika gününə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Bu tədbirlərin yekunu olaraq 27 may 2019-cu il tarixində Hacıqabul rayon MKS-nin  3 saylı Muğan qəsəbə kitabxana filialı, V. Məmmədov adına tam orta məktəb və qəsəbə klubunun birgə təşkilatçılığı ilə 28 May Respublika gününə həsr olunmuş "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cumhuriyyətinin varisidir"adlı  musiqli - əyləncəli bayram təşkil edilmişdir. Bayram tədbiri Azərbaycan Dövlət Himninin sədaları ilə başlanmışdır. Hacıqabul rayon MKS-nin direktoru D. Həsənov tədbirdə çıxış edərək iştirakçıları bayram münasibətilə təbrik etmiş və bildirmişdir ki, may ayının  28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 ili tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri və rolu ətraflı təhlil edilir, dövlət quruculuğu təcrübəsi hərtərəfli öyrənilir. Sonra məktəblilər şeirlərlə, mahnılarla çıxış etmiş, il ərzində yubileyləri qeyd olunacaq şair və yazıçılarımızın əsərlərindən kiçik tamaşalar nümayiş etdirmişlər.