Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
10 May , 2019

10.05.2019-cu il tarixində Hacıqabul şəhər Heydər Əliyev adına parkda rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XI Ümumrespublika “Kitab bayramı” keçirilmişdir. Tədbirdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov, hüquq mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak etmişdir. 
“Kitab bayramı”nda təşkil olunmuş “Nağıllar aləmi”ndəki nağıl personajları, uşaq ədəbiyyatları kiçik yaşlı məktəblilərin xüsusi marağına səbəb olmuşdur. Xüsusilə “Fidanlar” uşaq bağçasının təşkil etdiyi müxtəlif və rəngarəng nömrələr tədbirə daha bir rəng qatmışdır.
Hacıqabul rayon MKS üzrə İlin ən fəal kitabxana filialı seçilmiş 3 saylı Muğan qəsəbə kitabxanasının qəsəbə məktəbi və klubunun birgə təşkilatçılığı ilə Azərbaycan yazıçılarının əsərləri əsasında ssenariləşdirilmiş qısa səhnələrə tamaşa olunmuşdur. 
2019-cu il ərzində yubileyləri keçiriləcək yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunmuş: “İmadəddin Nəsimi-650”,“Cəfər Cabbarlı-120”, “Cəlil Məmmədquluzadə-150”, “İsmayıl Şıxlı-100”, “Cabir Novruz-85, Məhəmməd Füzuli-525, “Qasım Bəy Zakir-235”, “İlyas Əfəndiyev-105” və digər başlığlı sərgilər təşkil olunmuş, məktəblilərin əl işlərindən ibarət guşə və sərgilər nümayiş olunmuşdur.
“Kitab bayramı” nda həmçinin şəhərin N.Ağayev adına 4, A.Dadaşov adına 5, F.Cəbrayılıov adına 2, və 9 saylı ümumtəhsil məktəblərinin şagirdləri yaxından iştirak etmiş, imadəddin Nəsiminin qəzəlləri oxunmuşdur.
Tədbirdə Heydər Əliyev Mərkəzinin “Nəsimi ili” ilə əlaqədar müxtəlif sərgiləri və əl işləri təşkil edilmiş, Uşaq Musiqi məktəbinin ansamblı və xor kollektivinin ifasında müxtəlif mahnılar səsləndirilmişdir. 
Hacıqabul rayon Mərkəzi kitabxanası tərəfindən keçirilmiş “Oxu bayramı” müsabiqəsinin qalibləri və “Kitab bayramı”nın fəal iştirakçıları "Fəxri Fərman" və "Diplom"larla təltif olunmuşdur.
Ümummilli liderin adını daşıyan parkda təşkil olunmuş “Kitab bayramı” günün sonunadək davam etmişdir.
Axşam saatlarında isə respublikanın tanımış incəsənət ustalarının ifasında geniş konsert proqramı təşkil olunmuşdur, keçirilən konsert proqramı böyük atəşfəşanlıqla sona çatdırılmışdır.