Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
27 Aprel , 2019
Tədbirdə Zivər xanım Ağayevanın ailə üzvlərindən qardaşı Tofiq Ağayev, bacısı Səlminaz Ağayeva, oğlu Rüstəm Zamanov gəlini, Sevinc xanım, nəvələri Rüstəm, Nigar, qardaşı qızı Sara Selcan və digər yaxınları iştirak etmişdir.
Zivər xanımın həyat və yardıcılığına həsr olunmuş xatirə gecəsini Sabirabad Regional Mədəniyyət İdarəsinin Hacıqabul rayon üzrə nümayəndəsi Elnur Əmiraslanov açaraq gələn qonaqları salamlamış, tədbirdə yaxından iştirak etdiyinə görə rayon İcra Hakimiyyəti Başçısının müavini Zeynəb xanım Yunusluya, Zivər xanımın yaxınlarına və digər qonaqlara mədəniyyət işçiləri adından təşəkkürünü bildirmişdir.