Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
15 Aprel , 2019

15. 04. 2019-cu il tarixindən etibarən Hacıqabul rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə “23 aprel Ümumdünya Kitab və Müəllif Hüququ Günü"nə həsr olunmuş "Açıq qapı" gününə start verilmişdir.
Həmin gün Mərkəzi kitabxananın Uşaq şöbəsi Fariz Cəbrayılov adına 2 saylı tam orta məktəbdə kitab sərgisi təşkil etmiş, uşaqlarla ən çox sevdikləri kitablar haqqında sual-cavab keçirilmiş, "Qırmızıpapaq", "Şahzadə və dilənçi", "Turp" adlı nağılların pantomim tamaşası keçirilmişdir.