Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
3 Aprel , 2019

3 aprel 2019-cu il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul rayonu mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirildi. Seminarda 3 ay ərzində mədəniyyət müəssisələrində görülmüş işlər müzakirə olundu. Ilk öncə Aprel Şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabirabad regional Mədəniyyət İdarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov çıxış edərək 2019-cu ilin I rübü ərzində rayon mədəniyyət sahəsində görülən işlərdən danışdı. Sonra rayon MKS-nin direktoru Dövran Həsənov, rayon Mədəniyyət Mərkəzinin direktoru Mehdiqulu Fərəcov, Heydər Əliyev Mərkəzinin direktoru Aytən Zülfəliyeva, Tarix-Diyarşünaslıq muzeyinin direktoru Bahar Abasova 3 ay ərzində görülmüş işlər barədə geniş məlumat verdilər.