Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
29 Mart , 2019

29.03.2019-cu il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi, şəhər 9 saylı kitabxana filialı və Fariz Cəbrayılov adına 2 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “31 Mart Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar tədbir keçirilmişdir.Tədbir Azərbaycanın Himni ilə başladı. Sonra məktəblilər “31 Mart Azərbaycanlıların soyqırımı günü” başlığı altında açılmış sərgi ilə tanış oldular, Vətənə, Azərbaycana, Şəhidlərə aid mahnı və şerlərlə çıxış etdilər.Tədbirin sonunda “Erməni vandalizm” adlı vidoçarx nümayiş olundu.