Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Prezident İlham Əliyev Hacıqabulda
13 Dekabr , 2015
Hacıqabul rayonunun mərkəzində Uşaq Tibb Mərkəzinin açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlət başçısı uşaq xəstəliklərinin qarşısının alınması, profilaktikası məqsədi ilə tikilən mərkəzin açılışını bildirən lenti kəsdi və səhiyyə ocağı ilə yaxından tanış oldu. Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivlə görüşdü, onları yeni, müasir tibb ocağının açılışı münasibətilə təbrik etdi. Mərkəzin işçiləri ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etdilər. Prezident İlham Əliyev kollektivlə xatirə şəkli çəkdirdi.