Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
14 Sentyabr , 2018

13.09.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusunun 100 illiyi” adlı tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin bir qrup nümayəndəsi, rayonun tarixçiləri, mədəniyyət işçiləri  iştirak etmişlər.Tədbiri giriş nitqi ilə İcra Hakimiyyəti Başçısının müavini-İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Zeynəb Yunuslu açdı. Azərbaycan və Türkiyə Respublikasının Dövlət Himnləri səsləndirildi. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov, birliyin digər üzvləri, rayonun qocaman tarixçisi Mübariz Xəlilov, Gənclər və İdman idarəsinin rəisi Saleh Ələsgərov və başqaları geniş məruzə ilə çıxış etdilər.