Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
18 Yanvar , 2018

18 yanvar 2017-cı il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə şəhər Folklor klubunda “Azadlığa gedən yol” adlı ədəbi-bədii kompozisiya  keçirildi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Dövran Həsənov açıq elan etdikdən sonra  Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra  Xidmət şöbəsinin müdiri  Mirzəyeva Aytəkin, kitabxanaçı Məmmədova Sürahi çıxış edərək bildirdilər ki, Azərbaycanın dövlət müstəqilliyinə gedən yol Qanlı Yanvardan keçir.Yanvar şəhidləri torpaqlarımızın azadlığı, suverenliyi, müstəqilliyi uğrunda əbədiyyətə qovuşdu, şəhidlik zirvəsinə ucaldı. Xalqımız öz şəhid övladlarını heç bir zaman unutmur. Şəhidlər heç bir zaman ölmür, ürəklərdə yaşayır, xatirəyə çevrilib yaddaşlara köçür, tarixə dönür.  Sonra  məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya  ilə şıxış etdilər.