Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
11 Yanvar , 2018

Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi məktəbli oxucularda, həmçinin məktəbəqədər yaşlılarda kitablara, mütaliəyə maraq oyatmaq məqsədilə tez-tez rayonun ümumtəhsil məktəblərində, uşaq bağçalarında olur, müxtəlif tədbirlər, nağıl saatları, kitab sərgiləri təşkil edirlər. Balacalarla növbəti görüş 2 saylı "Gündüz" körpələr evi - uşaq bağçasında olmuşdur. Uşaq şöbəsinin əməkdaşları orada azyaşlılar üçün nəzərdə tutulmuş jurnallardan ibarət sərgi təşkil etmiş, nağıl saatı keçirmişlər.