Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
17 Noyabr , 2017

17 noyabr 2017-ci il tarixində Milli Dirçəliş günü ilə əlaqədar olaraq Hacıqabul rayon Mərkəzi kitabxanasının Xidmət, Uşaq şöbələri, 24 saylı şəhər kitabxana filialının birgə təşkilatçılığı ilə şəhər Folklor klubunda sərgi və dəyirmi masa təşkil olunmuşdur. Tədbiri Mərkəzi kitabxananın İnformasiya-resurs şöbəsinin müdiri Maya Mehdiyeva açaraq 17 noyabr Milli Dirçəliş Günü haqqında, onun yaranma tarixi haqqında danışaraq bildirdi ki, bu gün xalqımızın milli birliyinin təntənəsi günüdür. Bu gün xalqımızın istiqlal mübarizəsinin əsas mərhələlərindən biri olaraq Azərbaycanın müstəqilliyinin bərpa ediməsində mühüm rol oynamışdır. Sonra kitabxananın Xidmət şöbəsinin işçisi Sürahi Məmmədova, Uşaq şöbəsinin əməkdaşı Anaxanım Nuriyeva şıxış edərək bildirdilər ki, hər bir dövlətin qurulmasında tarixi hadisələrin öz əhəmyyəti var. Bu baxımdan müstəqilliyimizin əldə olunmasında bu günün rolu böyükdür. 1988-ci ilin noyabrında insanlar meydanlara çıxmaqla Azərbaycanı müstəmləkə əsarətində saxlayan sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini ucaltdı. Məhz həmin günlər göstərdi ki, xalqımız müstəqil olmağa, azad yaşamağa layiqdir.