Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
7 Noyabr , 2017
07 noyabr 2017-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi 24 saylı şəhər kitabxana filialı ilə birgə "Gündüz" bağçasında 9 noyabr Bayraq Günü münasibətilə sərgi təşkil etmiş, maraqlı bayram tədbiri keçirmişdir. Tədbirdə Azərbaycanın Dövlət atributları - bayrağımız, himnimiz, gerbimiz haqqında balacalara suallar verilmişdir. Məktəbəqədər hazırlıq kursunun balacaları suallara doğru və düzgün cavablar vermişlər. Cavabları ilə fərqlənənlərə  kitabxananın əməkdaşları tərəfindən hədiyyələr təqdim olunmuşdur.