Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
8 Noyabr , 2017

08.11.2017-ci il tarixində Hacıqabul rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü qeyd olunmuşdur. Əvvəlcə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov başda olmaqla rayonun idarə və təşkilatlarının nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoydular. Sonra əllərində üç rəngli bayraq tutmuş məktəblilər, təhsil, mədəniyyət işçiləri, başda İcra Hakimiyyətinin nümayəndələri olmaqla rayonun bütün idarə və təşkilatının işçiləri, rayon əhalisi Bayraq meydanına yürüş etdi. Rayonun ən uca yerində yerləşən Bayraq meydanı başdan başa bayraqlarla, Heydər Əliyev Mərkəzinin dərnək üzvlərinin Bayraq bayramına həsr etdikləri rəsmlərlə bəzədilmişdi. Bayraq bayramına həsr olunmuş yürüş Mədəniyyət Mərkəzi solistlərinin ifasında gözəl konsert proqramı ilə sona çatdı.