Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
23 Oktyabr , 2017
23 oktyabr 2017-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Xidmət şöbəsi Vidadi Quliyev adına 6 saylı tam orta məktəbdə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirmiş, əsərlərindən ibarət sərgi təşkil etmişdir. Tədbirdə Mərkəzi kitabxananın İnformasiya - resurs şöbəsinin müdiri Maya Mehdiyeva, Xidmət şöbəsinin müdiri Aytəkin Mirzəyeva, Sürahi Məmmədova şairin həyat və yaradıcılığı haqqında çıxış etmişlər. Məktəbin şagrdləridən Əbilova Günay, Süleymanova Leyla, Abdullazadə Fatimə, Mahmudova Çərkəz, Dövlətova Ləman, Şahpələngova Sevinc və Əzizova Sara şairin şeirlərindən nümunələr söyləmişlər.Tədbir şair haqqında video filmin nümayişi ilə sona çatmışdır.