Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
10 Yanvar , 2017



10 yanvar 2017-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi rayonun “Fidanlar”uşaq bağçasında məktəbəqədər yaşlı uşaqların vətənpərvərlik ruhunda tərbiyəsilə əlaqədar “Azərbaycan haqqında nələri bilirik?” adlı sual-cavab gecəsi keçirmiş, uşaq yazıçı və şairlərinin əsərlərindən, nağıllardan ibarət sərgi təşkil etmişdir.Tədbir dövlət himnimizin əzəmətli sədaları ilə başlandı. Sonra balacalar “Azərbaycan haqqında nə bilirsiniz?” , “Dövlət atributlarımız hansılardır?”, “Azərbaycanın Milli qəhrəmanlarından kimləri tanıyırsınız?”, “Bayrağımız neçə rəngdən ibarətdir?” suallarına həvəslə cavab verdilər. Eyni zamanda uşaqlar vətənə, qəhrəmanlara, bayrağımıza aid şeirlər söylədilər. Sərgidəki kitablara maraqla tamaşa etdilər. Sonda xatirə şəkli çəkildi.