Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
15 Dekabr , 2016
Məktəblilərin, xüsusilə məktəbəqədər yaşlı uşaqların əqli və zehni inkişafında, dünyagörüşünün formalaşmasında uşaq ədəbiyyatının təbliği ilə yanaşı intellektual oyunların keçirilməsi böyük əhəmiyyət kəsb edir. Hacıqabul rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsinin əməkdaşları 14 dekabr 2016-cı il tarixində rayonun “Fidanlar” uşaq bağşasında “Tap-tapmaca” adlı maraqlı, yaddaqalan oyun keçirmişdir. Yaşlı qrupun uşaqları arasında keçirilən oyunda “Dəcəllər” və “Günəş” komandaları yarışmışlar. Onlar verilən suallara, söylənilən tapmacaların cavablarınn tapılmasında, tez, doğru və düzgün cavab verilməsində xeyli fəallıq göstərmişdir. Nəticədə “Dəcəllər” komandası qalib olmuşdur. Qalib komandanın iştirakçılarından Səfərli Mehdi, Həşimli Zəhra, İmanova Selcan, Ələsgərli Həsən, Səmədova Məryəm Uşaq Şöbəsi tərəfindən azyaşlılar üçün nəzərdə tutulmuş jurmallarla mükafatlandırılmışdır. Sonda “Tap-tapmaca” intellektual oyunundan xatirə olaraq bütün iştirakçılar birlikdə şəkil çəkdirmişlər.
Foto Qalereya