Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
20 Aprel , 2016
20.04.2016-cı il tarixində Hacıqabul rayon Folklor klubunda Hacıqabul rayon Gənc mədəniyyət işçiərinin koordinasiya kreativ qrupunun təşkilatçılığı ilə vətənpərvərlik mövzusuna həsr olunmuş “Ana yurdum cəlalımdır, canımdır...” adlı şeir müsabiqəsi keçirilmişdir. Müsabiqəyə rayonun Mərkəzi kitabxanası və onun şəhər, qəsəbə, kənd kitabxana filiallarının iştirakı ilə 70 nəfərə yaxın məktəbli qatılmışdır. Müsabiqəni giriş sözü ilə Hacıqabul rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elnur Əmiraslanov açaraq bütün iştirakçıları salamlamış, hamıya uğurlar arzulamışdır. Sonra Azərbaycan – Ermənistan təmas xəttində baş vermiş təxribat nəticəsində öz həyatlarını itirmiş əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Müsabiqənin I-ci turu gərgin və maraqlı keçmişdir.Münsiflər heyəti tərəfindən məktəblilərin söylədikləri şeirlər dinlənilmiş, 22 nəfər II-ci turda iştirak etmək hüququ qazanmışdır.