Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
26 Aprel , 2016

26.04.2016-cı il tarixində Hacıqabul rayon Gənc mədəniyyət işçiləri koordinasiya kreativ qrupunun təşkilatçılığı ilə rayon Mərkəzi kitabxanası və onun şəhər, qəsəbə, kənd kitabxana filiallarının hazırladığı Vətənpərvərlik mövzusuna həsr olunmuş “Ana yurdum cəlalımdır, canımdır” adlı şeir müsabiqəsinin II turu keçirildi. Müsabiqənin II turunda 22 nəfər məktəbli iştirak etdi. Həmin məktəblilər müsabiqənin I turunda iştirak etmiş, Münsiflər heyətinin yekdil rəyilə müsabiqənin II turunda iştirak etmək hüququ qazanmışdır. Hacıqabul rayon Folklor klubunun geniş zalında keçirilən müsabiqənin II turu daha gərgin və yaddaqalan olmuşdur. Söylənilən şeirlər Münsiflər heyəti tərəfindən diqqətlə dinlənilmiş, həyəcanlı anlar yaşayan məktəblilər arasından 12 nəfər seçilərək müsabiqənin III turunda iştirak etmək hüququ qazanmışdır.