Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
31 Yanvar , 2016
29.01.2016-cı il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsi rayonun “Fidanlar” uşaq bağçasının qonağı olub, orada “Nağıl saatı” keçirmişdir. İlk öncə kitabxananın multimedia mütəxəssisi Şərifova Tahirə balacalara Uşaq şöbəsindəki azyaşlılar üçün nəzərdə tutulmuş kitablar, disklər, xüsusilə uşaqların sevə-sevə oxuduqları “Sehirli dünya” yurnalları, şöbədə yaradılmış “Nağıl otağı” haqqında məlumat vermişdir. Sonra körpə fidanlar üçün “Tıq-tıq xanım”, “Maşa və ayı”, “Siçan və pişik” cizgi filməri nümayiş etdirilmişdir.