Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
20 Yanvar , 2016

20 Yanvar şəhidlərinin xatirəsi Hacıqabulda böyük ehtiram, dərin hüznlə yad edildi. 20 yanvar 2016-cı il tarixində Hacıqabul rayonunda 20 yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Həmin gün rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla icra nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət və digər idarə, təşkilatlarda çalışanlar Şəhidlər xiyabanına gələrək şəhidlərin abidəsi önünə tər qərənfillər düzərək onların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.