Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Xəbərlər
30 İyul , 2015

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 2015-ci il üçün iş planının icrası ilə əlaqədar olaraq Respublika Uşaq kitabxanalarında “Nağıl otaqları”nın fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə Hacıqabul rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsində “Nağıllar aləmində” adlı nağıl guşəsi yaradılmışdır. Həmin guşədə Azərbaycan və dünya xalqlarının nağıl qəhrəmanları personajlarının əks olunduğu nağıl guşəsi azyaşlı oxucuların böyük marağına səbəb olmuşdur.