Hacıqabul rayon Мərkəzi kitabxanası

Hacıqabul rayon MKS
Tədbirlər
5 Aprel , 2022
 Hacıqabul rayon Mərkəzi Kitabxanasının Xidmət şöbəsində kitabxana işinə marağı artırmaq və özünüidarəetmə məqsədi ilə oxucular bir günlük kitabxanaçıları əvəz etdi. Onlar kitabxanaya gələn oxuculara xidmət göstərərək kitab verilişi ilə bərabər elektron kitabxana haqqında və eyni zamanda kitabxananın fondunda olan elm sahələrinə həsr olunmuş ədəbiyyatlarla bağlı məlumatlar verdilər.  Bir günlük kitabxana fəaliyyətində oxucuların bu sahəyə sonsuz həvəs ilə maraqlarının olduğu məlum oldu. Sonda onlar maraqlı bir gün keçirdiklərinə görə kitabxana işçilərinə təşəkkür etdilər